Bu da polisə əl-qol atan sürücü və səbrli yol polisləri – VİDEO

Azərbaycanda yol polislərinin hamısı sürücülərlə əlbəyaxa dava etmir, kobudluq göstərmir. Onların arasında səbrli və qaydalara əməl edənlər də var. Avtosfer.az-ın təqdim etdiyi bu videodakı yol polisləri kimi. Onlar qayda pozan gənc sürücünü saxlayıblar və sakitcə protokol yazırlar. Lakin əsəbi sürücü polislərə əl-qol atır, onların işinə mane olur. Hətta polis zabininin dəfələrlə "mane olma" deməsinə baxmayaraq o, protokol yazan inspektorun əlindən sürücülük vəsiqəsini zorla alır. Polis zabiti onu sakitləşdirməyə çalışsa da, gənc sürücü yenə də ucadan danışa-danışa hərəkətləri ilə kobudluq nümayiş etdirir. Harasa zəng edib kömək istəsə də, protokol yazılır.
Bəzən belə aqressiv sürücülərin qarşısında yol polisinin sakit dayanmasını tələb etmək çətin görünür. Başqa ölkələrdə belə sürücünün qolunu qandallayıb "sakitləşdirməyə" aparırlar. Bəzi ölkələrdə isə buna görə sürücünü güllələyirlər…
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












