Bu əmələ görə sürücülər 800 manat cərimə olunacaq - RƏSMİ - VİDEO
Yol polisi
4 May 2022 15:00
Oxunub 56916
Avtomobilin ön və arxa kapotlarını açmaqla, nömrələrin üstünü bağlamaqla məsuliyyətdən yayınmaq istəyən sürücüləri 800 manatadək cərimə gözləyir. Bunu Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis leytenantı Rüstəm Əhmədli deyib. O, bildirib ki, bir çox hallarda sürücülər cərimədən yayınmaq üçün nömrələri gizlədərək hərəkət edirlər. “Amma bu onları məsuliyyətdən azad etmir. Əksinə 800 manatadək cəriməsi var.”
R.Əhmədli bildirib ki, sürücülərin dayanma-durma və parklanma qaydalarını pozması haqlı narazılığa səbəb olur. “Tıxaclar yaranır, digər hərəkət iştirakçıları mənzil başına vaxtında çata bilmir. Odur ki, sürücülərdən xahiş edirik ki, düzgün parklanma qaydalarına riayət etsinlər.”
Orxan
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR