Bu ilin ilk üç ayında yol qəzalarında 162 nəfər ölüb

Bu ilin 3 ayında respublikada qeydə alınan yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, 2017-ci ilin 3 ayı ərzində respublika ərazisində 407 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 162 nəfər ölüb, 411 nəfər xəsarət alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 12 fakt (2,9%) azalıb, ölənlərin sayı 19 nəfər (13,8%) artıb, xəsarət alanların sayı isə 42 nəfər (9,3%) azalıb. Respublikada qeydə alınan qəzalardan 140-ı Bakı şəhərində baş verib. Bunların nəticəsində 44 nəfər ölüb, 134 nəfər xəsarət alıb. 2016-cı illə müqayisədə yol-nəqliyyat hadisələrinin və xəsarət alanların sayı uyğun olaraq 7 fakt (4,8%), 26 nəfər (16,3%) azalıb, ölənlərin sayı 13 nəfər (41,9 %) artıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 32,4%-i (132 hadisə, 48 ölüm, 175 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 30,2%-i (123 hadisə, 58 ölüm, 105 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12%-i (49 hadisə, 11 ölüm, 58 yaralı) yolayrıclarını keçmə qaydalarının pozulması, 1,7%-i (7 hadisə, 4 ölüm, 5 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib. Yol-nəqliyyat hadisələrinin 47,9%-ni (195) piyadaların vurulması təşkil edib ki, nəticədə 66 piyada həlak olub, 145-i xəsarət alıb. Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər uşaq və yeniyetmə ölüb, 46 nəfər xəsarət alıb. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə azyaşlıların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrində ölənlərin sayı 2 nəfər azalıb, xəsarət alanların sayı isə 11 nəfər artıb.
Yağışlı havada sürücülərə və piyadalara VACİB XƏBƏRDARLIQ
DYP yağıntılı hava ilə bağlı sürücü və piyadalara xəbərdarlıq etdi
Yol polisindən yağıntılı hava şəraiti ilə əlaqədar ÇAĞIRIŞ
Dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Quba yolunda "Bentley" qəzaya düşdü: Kəmər sürücünün həyatını xilas etdi - VİDEO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirib 258 gənci işə götürdü - VİDEO
Yolu qadağan edilmiş yerdən keçmək həyatınıza təhlükə yaradır – DYP-dən ÇAĞIRIŞ - VİDEO
Yol polisi hansı sürücülərə güzəşt edə bilər? - AÇIQLAMA - VİDEO
DYP piyadalar üçün maarifləndirmə tədbiri keçirdi - VİDEO
Bölgələrdən qayıdanlara çağırış - “Tələsməyin!” - FOTO
Vətəndaş işıqforun tələbinə əməl etdiyi halda niyə cərimələnib? - Yol polisindən açıqlama - FOTO - VİDEO










