Bu ilin yanvar-sentyabr aylarında qəzalarda ölənlərin sayı azalıb - DİN

Oktyabrın 29-da Daxili İşlər Nazirliyində 2026-cı ilin 9 ayının əməliyyat-xidməti fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.
Avtosfer.az xəbər verir ki, iclasda çıxış edən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov bildirib ki, yol-nəqliyyat hadisələrinin sayı 67 fakt, qəzalarda ölənlərin sayı 7 nəfər, xəsarət alanların sayı isə 117 nəfər azalıb.
Gündəlikdəki məsələlərlə bağlı Nazirliyin aidiyyəti baş idarələrinin rəisləri həyata keçirilmiş tədbirlər, əldə olunmuş nəticələr və yol verilmiş nöqsanların aradan qaldırılması istiqamətində görülmüş işlər barədə məruzə ediblər. Həmçinin məruzələr ətrafında çıxışlar dinlənilib.
Müasir texnologiyaların tətbiqinin və idarəetmədə rəqəmsallaşmanın genişləndirilməsinin fəaliyyətin səmərəliliyinin artırılmasında, operativliyin təmin edilməsində və xidmət keyfiyyətinin yüksəldilməsində mühüm rol oynadığını bildirən nazir informasiya sistemlərinin imkanlarından səmərəli istifadə edilməsinin və idarəetmə proseslərinin təkmilləşdirilməsinin davam etdirilməsinin vacibliyini qeyd edib.
Səfər
Avtoxuliqanlıq edən sürücünün vəsiqəsi əlidən alındı, HƏBS EDİLDİ
Qəbələdə “Chevrolet”lə avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
YPX əməkdaşları halı pisləşən əcnəbi sürücünün köməyinə çatdı - VİDEO
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ












