Bu maşınlar niyə radara düşmür? - DYP-dən açıqlama - VİDEO

Dövlət nömrə nişanı xarici olan avtomobillər Azərbaycanda radara düşmür. Həmin sürücü haqqında dövlət yol polisinin bazasında məlumat olmadığindan, qayda pozan həmin sürücülər barəsində elektron protokol tərtib etmək mümkün deyil. Xarici qeydiyyatlı avtomobillər Azərbaycanda radara düşmür. Söhbət ''MMX'' kimi tanınan elektron protokoldan gedir ki, həmin radarlar dövlət nömrə nişanı xarici olan avtomobillərin qayda pozuntusunu qeydə ala bilmir.
Amma bu o demək deyil ki, qonşu ölkələr, yəni Rusiya, Türkiyə, Gürcüstan və ya İran dövlətinə məxsus avtomobillə Azərbaycan ərazisində hansısa qaydanı pozan sürücüyə cərimə tətbiq edilmir. Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə belə sürücü əməkdaşlarımız tərəfindən aşkar edilirsə dərhal cərimələnirlər. Sözügedən problemin yaxın gələcəkdə həll olunmasına gəlincə isə şöbə rəisi Kamran Əliyev bildirdi ki, bu problem avropa ölkələrində də mövcuddur. Yəni sürücü haqqında dövlət yol polisində baza yoxdursa onun barəsində elektron pratakol tərtib etmək mümkün deyil.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












