Bu qəzalar xəbər deyil, xəbərdarlıqdır - Elşad Hacıyevdən TƏSİRLİ PAYLAŞIM

Azərbaycanda yol qəzalarında həyatlarını itirənlərin sayı ilbəil azalsa da, baş verən hadisələrin sayı və insan itkisinin miqyası narahatedici səviyyədədir.
Avtosfer.az xəbər verir ki, Daxili İşlər Nazirliyi məsələ ilə bağlı mütəmadi maarifləndirici və profilaktik tədbirlər həyata keçirir.
Mövzu ilə bağlı nazirliyin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyev də bu gün sosial şəbəkədə paylaşım edib. O, qəzaların bir çox hallarda sürət həddinin aşılması səbəbindən baş verdiyini qeyd edib:
“Başqalarının yollarda düşdüyü faciələr ibrət deyil? — Hara tələsirsiniz?
Yolda can verən insanla bağlı yaydığımız məlumatlar xəbər deyil, xəbərdarlıqdır. Biz bu hadisələri ona görə paylaşırıq ki, sabah yolda başqa bir ailə dağılmasın, daha bir ana ağlamasın, bir ata tabut arxasınca getməsin. Bu səssiz dərslər kiminsə sükan arxasında məsuliyyətli davranmasına səbəb olmalıdır. Çünki qəza nə zaman baş verəcəyini xəbər vermir, ancaq qəzalar bəzən ağır iz qoyur, baş daşı saldırır.
Əziz sürücülər, bir neçə dəqiqə tez çatmaq üçün bir ömrü yarımçıq qoymayın. Təkcə özünüzə görə yox, avtomobildə olan sərnişinlərə, qarşıdakı piyadaya, qarşıdan gələn sürücüyə və ailə üzvlərinizə görə də məsuliyyət daşıyırsınız”.
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO
DYP bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət etdi - VİDEO













