Bu rayonlarda polis olmaq istəyənlərin diqqətinə - DİN

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov tərəfindən bu il mayın 27-də Bərdə Rayon Polis Şöbəsində nəzərdə tutulmuş vətəndaşların qəbulunun və sıra baxışının vaxtı dəyişdirilib. Avtosfer.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, daxili işlər nazirinin qəbulunun və sıra baxışının vaxtı iyunun 2-ə keçirilib.
Qeyd edək ki, həmin gün Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək, eyni zamanda, adları çəkilən ərazi polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin «İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə» Azərbaycan Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə gənclərin qəbulu ilə əlaqədar sıra baxışı keçiriləcəkdi.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












