Bu şöbə artıq Dövlət Yol Polisi İdarəsinə tabe deyil – DYP-də dəyişiklik

Daxili İşlər Nazirliyinin strukturanda dəyişiklik baş verib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsi DYP-dən ayrılıb. Şöbə bundan sonra Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olacaq. DYP-dən ayrılan şöbə bundan sonra DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin bilavasitə tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi adlanacaq. Məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a təsdiqləyib.
Qeyd edək ki, bir neçə gün əvvəl həmin şöbəyə yeni rəis təyin edilib. Xətai rayon Polis İdarəsi İstintaq Şöbəsinin rəisi, polkovnik-leytenant Vüqar Əhədov Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Əvvəlki şöbə rəisi, polis polkovnik-leytenantı Hikmət Kərimov isə sərəncama göndərilib.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













