Bu videoda yol polisi haqlıdır… - VİDEO

Bakının ən qarışıq və intizamsız sürücülərlə zəngin olan küçələrindən biri də Bəşir Səfəroğlu küçəsidir. Burada hər gün dayanma-durma qaydasını pozan sürücülərin sayı yüzlərlədir. Dünən bu küçədə sürücülərdən birinin yol polisi ilə yaşadığı münaqişəni əks etdirən videonun sosial şəbəkələrdə yayılması Avtosfer.az olaraq bizi də bu məsələyə fikir bildirməyə vadar etdi.
Əvvəlcə bildirək ki, Bəşir Səfəroğlu küçəsi darısqaldır və qədim Bakının bir hissəsidir. Lakin o dövrdən fərqli olaraq indi bu küçədəki evlərin hər birində maşın var. Bu maşınlar da əlbəttə, küçədə park edilir. Əvvəllər yalnız bir tərəfdə park edilən avtomobillər indi küçənin həm sağında, həm də solundakı piyada səkilərində saxlanılır. Bununla da piyadaların hərəkəti çətinləşir.
Əslində, bu küçədə yalnız sağ tərəfdə maşın saxlamaq mümkündür. Lakin sürücülər maşını solda da saxladıqları üçün vəziyyət qəlizləşir. Təsəvvür edin ki, bu küçədə bir yanğın baş versə yanğınsöndürən maşının ora daxil olması qeyri-mümkündür. Çünki sağ və sol tərəfdə maşınlar dayandığı üçün yol tam daralır və bəzən adi «Prado» güclə keçib gedir.
Xatırlatmaq istərdik ki, təxminən iki əvvəl Bəşir Səfəroğlu küçəsinə paralel olan digər küçədəki məscidin yanında tikilməkdə olan binada baş vermiş yanğının genişlənməsinin səbəbi də elə bu idi. Avtomaşınlar küçədə park edildiyi üçün yol daralmışdı və yanğınsöndürən maşınlar ora daxil ola bilmirdi.
Bu baxımdan, indi izlədiyiniz bu videodakı 99 YP 343 nömrə nişanlı YPX avtomobilində xidmət aparan inspektoru qınamaq lazım deyil. Bu cür küçələrdə hərəkəti düzgün təşkil etmək üçün yollar polisi illərdir heç bir iş görmürdü. İndi nəsə etmək istəyəndə isə insanlar bunu qanunsuzluq kimi qələmə verirlər. Amma burada qanunsuz heç nə yoxdur. Sadəcə, qaydalara əməl etmək lazımdır. Həm də yolu kəsmək olmaz…
O ki qaldı sürücünün yol polisinin kamera ilə çəkməsinə, bəli, burada sürücü haqlıdır. Çünki qanunla yol polisini kamera ilə iş başında çəkmək qadağan deyil.
Elməddin
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










