Banner

Bu yol bağlıdır - Sürücülərin nəzərinə! - FOTO

Yol polisi 8 Fevral 2026 10:00
Bu yol bağlıdır - Sürücülərin nəzərinə!  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına müraciət edib.


Avtosde.az xəbər verir ki, hazırda Bakı-Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar müvəqqəti təmir-bərpa işləri aparılır.

“Qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

Sürücülərdən xahiş olunur ki, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməklə, alternativ yollardan istifadə etsinlər. Yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir”, - məlumatda deyilir.

 

 

Oxunub 476
ŞƏRH YAZ
Ad

E-mail

Şərh