Bu yollar buz bağladı - XƏBƏRDARLIQ

Ölkə ərazisində güclü küləklə müşahidə olunan qarlı hava yol hərəkətində bir sıra çətinliklər yaradıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, hazırda Bakı-Şamaxı-Yevlax, eləcə də Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yollarında buzlaşma müşahidə edilir:
“Bununla yanaşı, çoxsaylı xəbərdarlıqlara əhəmiyyət verməyərək mövsümə uyğun təchiz edilməyən, nasaz, texniki-təhlükəsizlik baxımından köhnə avtomobillərin hazırkı kritik hava şəraitində istismar olunması, habelə qarlı, buzlu yolda sürücülük təcrübəsi olmayan şəxslərin sükan arxasına əyləşməsi əlavə gərginliyə, qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
Baş Dövlət Yol Polisi İdarəsi yol-patrul xidmətinin gücləndirilmiş iş rejimində çalışdığını qeyd etməklə yanaşı, bir daha yol hərəkəti iştirakçılarına müraciət edərək onları təhlükəsizliklə bağlı verilən tövsiyələrə biganə yanaşmamağa, zərurət olmadıqca şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə çağırır”.
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO











