Bu gün Bakıda bu yollar tam bağlanacaq – RƏSMİ XƏBƏRDARLIQ

Bakıda AVRO-2020 futbol çempionatının A qrupu üzrə Türkiyə-Uels qarşılaşması olacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək oyunun anşlaqla keçəcəyi, qarşılaşmanı çoxsaylı azarkeşin izləyəcəyi gözlənilir.
Bununla əlaqədar paytaxtın bəzi küçə və prospektlərdə avtomabillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, 16 iyun səhər saatlarından futbol oyunu tam başa çatanadək Olimpiya Stadionu istiqamətində kəsişən, bitişən bütün küçə və perespektlərdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq:
“Ziya Bünyadov prospekti ilə 9-cu köndələn və Xəlil Rza Ulutürk küçələrinin kəsişməsindən qeyd olunan istiqamətə, eləcə də Böyükşor bulvarı istiqamətində hərəkət məhdudlaşdırılır. Bundan başqa Bakı hava limanından Heydər Əliyev prospekti ilə şəhərə doğru hərəkət edən avtomabillərin Olimpiya Stadionu istiqamətində kəsişən yolda hərəkətinə məhdudiyyət qoyulur.
Qeyd olunan istiqamətlər üzrə yalnız Təşkilat Komitəsi tərəfindən verilən tanınma emblemi olan nəqliyyat vasitələri hərəkət etməlidir”.
Vaqif Əsədov Avtosfer.az vasitəsilə avtomobil sahiblərinə müraciət edərək, bildirib ki, qardaş Türkiyədən Azərbaycana gələn azarkeşlərin sayı həddindən çoxdur, bu da yol hərəkətində sıxlıq olacağı ehtimalını yaradır:
“Ona görə də xahiş edirik ki, bu tarixdə lüzumsuz şəkildə şəxsi avtomobillərdən istifadə edilməsin, ayrılmış xüsusi nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilsin”.
DYPİ sözcüsü xatırladıb ki, Bakı Olimpiya Stadionu istiqamətinə bir neçə məntəqədən azarkeşlərin daşınması üçün ictimai nəqliyyat vasitələri ayrılıb:
“Onlar Səməd Vurğun parkı və metronun Qara Qarayev stansiyası yaxınlığından Olimpiya Stadionu istiqamətində hərəkət edəcəklər. Ekspress avtobuslar və digər ictimai nəqliyyat növlərindən istifadə edənlərə də müraciət edirik ki, koronavirusun yayılma ehtimalını nəzərə alıb, qoruyucu vasitələrdən istifadə etməyi unutmasınlar”.
Vaqif Əsədov paytaxt sakinlərinin qonaqpərvərlik nümunəsi nümayiş etdirməsinin vacib olduğunu deyib:
“Vətəndaşlarımız hər zaman polislə həmrəyliyini nümayiş etdirib. Bu dəfə də bir daha xahiş edirik ki, vətəndaşlarımız, avtomabil sahibləri, sürücülər keçirilən bu tədbirin dövlət əhəmiyyətli olduğunu nəzərə alıb, mentalitetimizə uyğun qonaqpərvərlik mühitinin yaradılmasına şərait yaratsınlar, ayıq-sayıq olsunlar.
Eyni zamanda informasiya təhlükəsizliyinə də diqqət yetirsinlər – Nəzərə alınsın ki, xoşagəlməz məqamlar olarsa, onların çəkilib, paylaşılması imicimizə xələl gətirə bilər. Tədbirin başlanması pik saatlara düşdüyü üçün vətəndaşlar bunu anlayışla qəbul etsinlər”.
Balakəndə avtoxuliqan sürücü saxlanıldı – 23 sutka həbs edildi - FOTO
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI










