Buı zolaqda hərəkət edənlər 40 manat cərimə olunacaq - DYP

Mayın 5-dən etibarən bu zolaqdan yalnız IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi ilə bağlı təşkilat komitəsinin təyin etdiyi və xüsusi işarələnmiş avtomobillər hərəkət edəcək. Avtosfer.az xəbər verir ki, bu sözləri Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov deyib: "Sarı rəngdə bütöv formada çəkilmiş zolaqlarda hərəkəti qadağan edən yol işarələri qoyulub. Nişanların tələbinə əsasən sarı zolaqda hərəkət edən sürücü 40 manat cərimə olunacaq. Təhlükəsizliyin təmin edilməsi üçün bu zolaqlarda hərəkət yalnız idmançıların və oyunlarda iştirak üçün qeydiyyatdan keçən digər şəxslərin daşınması üçün nəzərdə tutulub. Akreditasiyadan keçən jurnalistlərin sarı zolaqlardan istifadə etməsi üçün isə mütləqdir ki, təşkilat komitəsi ilə razılaşdırılmalı və şəxsi avtomobilə xüsusi birka, tanınma işarəsi vurularaq qeydiyyatdan keçməlidir. Xüsusi birka da qabaq şüşəyə və arxadan kopotun üzərinə yapışdırılmalıdır. Hərəkət edən zaman da Dövlət Yol Polisi əməkdaşları görüb cərimələməyəcək, yəni elektron protokol yazılmayacaq”, - deyə Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi bildirib.
Vaqif Əsədov qeyd edib ki, bəzi yolların kəsişməsinə də polis əməkdaşları ciddi nəzarət edir: "Mayın 8-də "10-cu zavod dairəsi"ndən Heydər Əliyev prospekti ilə aeroport istiqamətində metronun "Koroğlu" stansiyasından keçməklə Sabunçu dairəsinə qədər yolun hər iki istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq. Bu yollarda məhdudiyyət həmin gün günorta saatlarından axşam saatlarına qədər davam edəcək. Sürücülərdən xahiş edirik ki, Hava Limanının hər iki istiqamətində hərəkət edərkən alternativ yollardan istifadə etsinlər. Balaxanı, Zabrat, Maştağa, eləcədə paytaxtın Fəhlə prospektindən və Bakı Beton Hava Linmanı istiqamətləri üzrə də hərəkət edə bilərlər”, - deyə Vaqif Əsədov bildirib.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












