Butulkanı sındırıb yol polisinə hücum çəkən şəxs həbs edildi – FOTO

Bakıda sərxoş piyada polislərə hücum çəkərək onlara xəsarət yetirməyə çalışıb. Lakin onun istəyi baş tutmayıb. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, mayın 25-də, saat 16.15 radələrində Yasamal rayonu, Z.Adıgözəlov küçəsində yaşayan 39 yaşlı Əliyev Fərid İlqar oğlu sərxoş halda Səbayel rayonu, Nizami küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində yolun hərəkət hissəsinə çıxıb. Yolda sıxlıq yaradıb sürücüləri və oradan keçənləri qorxutduğu üçün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları onu yoldan çıxarmağa çalışıblar. Bu zaman butulkanı sındırıb yol polislərinə və ətrafdakı insanlara hücum çəkərək xəsarət yetirməyə cəhd göstərən Fərid Əliyev zərərsizləşdirilib və Səbayel rayon 39-cu polis bölməsinə gətirilib. Onun barəsində toplanmış materiallar Səbayel rayon Məhkəməsinə təqdim edilib. Məhkəmənin qərarı ilə Fərid Əliyev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tələbini pozduğu üçün 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













