Bütün Rusiya azərbaycanlı yol polisinin qəhrəmanlığından danışır - FOTO

Rusiyanın Sverdlovsk vilayətində polis əməkdaşı həyət evində yanğının baş verdiyini görür və çoxuşaqlı ailəni xilas etməyə atılır. Bu barədə jurnalistlərə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat verib. “Rusiya DİN ”Zareçnı” bələdiyyələrarası şöbəsinin YPX müfəttişi, polis kiçik leytenantı Baxış Kərimov xidmətdən qayıdarkən Kamenski rayonunun Pervomayski qəsəbəsində yanan ev görür. Polis dərhal yanğınsöndürənləri çağırır və düşünmədən insanları xilas etməyə tələsir”, - Volk deyib. Polis əməkdaşı pəncərələrin şüşələrini sındırır, yatmış ev sahiblərini – qadını və kişini oyadır, sonradan öyrənir ki, evdə dörd uşaq var. Kərimov balacaları tapır, onları küçəyə çıxarır və sonra yenidən evdə qalanları xilas etmək üçün qayıdır.
Qeyd olunur ki, yanğınsöndürənlər hadisə yerinə gəldikləri vaxt bütün ev alov içində idi. Hazırda rayon polis idarəsi Kərimovu mükafatlandırmağa hazırlaşır. Baxış Kərimovun qəhrəmancasına hərəkəti barədə bütün Rusiya kütləvi informasiya vasitələri yazır.
virtualaz.org




DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












