Çempion olan şahmatçılarımızdan biri polis imiş - FOTO

Oktyabrın 28-dən noyabrın 6-dək Yunanıstanın Krit adasında keçirilən klublararası komanda çempionatında Azərbaycanın kişi şahmatçılarından ibarət yığmasının qalib olması xəbəri ölkəmizdə böyük sevinclə qarşılanıb. Qitənin ən iti zəkalı şahmatçılarının qarşılaşmasında uğur qazanan millimizin tərkibində daxili işlər orqanlarının təmsilçisinin olması polis idmançılarının son vaxtlar əldə etdiyi nailiyyətlər sırasına yenisini əlavə edib.
Belə ki, qitə şahmatçılarının həlledici qarşılaşmasında millimizin tərkibində DİN İdman Cəmiyyətinin İdman Təlimi şöbəsinin inspektoru, polis baş leytenantı Rauf Məmmədov da təmsil olunub.
Yeri gəlmişkən, onu da qeyd edək ki, polis baş leytenantı R.Məmmədov şahmat oynamağa 7 yaşından başlayıb. 2004-cü ildən qrossmeysterdir. O, 2009-cu ildə Novi Sad və 2013-cü ildə Varşavada keçirilən Şahmat üzrə milli komandaların Avropa çempionatında qızıl medal, daha öncə, 2007-ci ildə isə bürünc medal qazanmış Azərbaycan komandasının tərkibində, Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov və Qədir Hüseynovla birgə çıxış edib. 2009-cu ildə Rauf Texas ştatının Lubbok şəhərində keçirilən 16-cı kateqoriyalı SPİCE Kubok Turnirində Yuriy Kuzubov və Dmitry Andreikinlə 1-3-cü yerləri bölüşüb. 2011-ci ildə Corsica Masters blitz turnirinin qalibi olub. 2015-ci ildə Minskdə keçirilən Şahmat üzrə Avropa Bitz Çempionatının qalibidir.
Üçqat Azərbaycan çempionudur. Həmişə olduğu kimi bu yarışa da əvvəlcədən ciddi hazırlaşan R.Məmmədov komandamızın qələbəsinə öz töhfəsini verib.
Xəyalə Məmmədova,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















