Cərimədən yayınmaq istəyən sürücü polislərə rüşvət təklif edib gizli kameraya çəkdi - VİDEO

Yol polisi 26 İyul 2024 10:00 Oxunub 4130
Cərimədən yayınmaq istəyən sürücü polislərə rüşvət təklif edib gizli kameraya çəkdi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda sürücü ilə yol polisləri arasında baş verən hadisənin videosu sosial şəbəkədə yayılıb.

Avtosfer.az xəbər verir ki, paytaxtın Babək prospektində manevr zamanı dönmə işığı yandırmayan sürücü yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Sənədlər tələb edilən zaman məlum olub ki, sürücülük vəsiqəsinin vaxtı bitib.

Çarəsiz vəziyyətdə qaldığını görən sürücü polis əməkdaşlarına rüşvət təklif edərək onları gizlin kameraya çəkməyə başlayıb.

Rüşvətin keçmədiyini görən sürücü daha sonra "vəsiqənin vaxtı ilə bağlı xəbərdarlıq etməli idiniz", "dönmə işığını yandırmışdım", "yaxanızda mikrofon yoxdur" deyərək müxtəlif bəhanələr gətirməyə başlayıb.

Lakin polis əməkdaşları sürücüyə çox nəzakətli formada, təlimat çərçivəsində, etik davranış qaydalarından kənara çıxmadan qanunvericiliyin tələblərini izah ediblər.

Sürücü nə qədər provokasiya yaratmaq istəsə də, polis əməkdaşları sona qədər çox təmkinli şəkildə davranıb və sürücü ilə qanunevriciliyin tələbləri ilə rəftar ediblər. 

Etdiyi bəhanələrin keçmədiyini görən sürücü kameranı söndürməyə məcbur olub.

Yol polisi əməkdaşlarının bu cür davranışı sosial şəbəkə izləyiciləri tərəfindən yüksək qiymətləndirilib və alqışlanılıb. Sürücünün etdiyi yersiz və qanunsuz hərəkətlər isə qınanılıb.

Sözügedən videonu və şərhləri təqdim edirik:

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh