Cəriməni ödəməyənlərə qarşı reydlər başladı – AA da saxlanıldı - FOTO

Dövlət yol polisi inzibati xəta törətdiyi üçün cərimə olunan sürücülərə qarşı kütləvi reydlərə start verib. Avtosfer.az xəbər verir ki, növbəti reyd Bakının Səbail rayonu Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilib. Rayonun müxtəlif ərazilərində keçirilən reyd zamanı 100-ə yaxın avtomobil saxlanılıb. Onların bir neçəsinə cərimələri ödəmə terminalı vasitəsilə yerindəcə ödəmək imkanı yaradılıb. Bəzilərinin avtomobili cərimə meydançasına aparılıb. Sürücülər cərimələri bank, poçt və ASAN ödəniş terminallarında ödəyəndən sonra avtomobili cərimə meydançasından çıxara biliblər,
Lakin bəzi sürücülər "imkanım yoxdur" deyərək ödəniş etməkdən boyun qaçırıb. Belə sürücülər arasında 500-600 manat cəriməsi olanlar var idi. DYP əməkdaşları onlara "cəriməni ödəyə bilmirsinizsə bu qədər qayda da pozmayın" dedikdə isə həmin sürücülər "özüm bilərəm" deməyi də unutmadılar.
Reyd zamanı 12 MMX protokolu olan "Lexus" markalı, 90 AA 848 dövlət nömrə nişanlı avtomobil də saxlanıldı. Sürücü "saxla" işarəsinə əməl etməyib hərəkəti dava etdirsə də, sonradan onu saxlamaq mümkün oldu və avtomobil cərimə meydançasına aparıldı.
Səbail rayon Dövlət Yol Polisi Şöbəsinn rəisi, polkovnik-leytenant Cəmşid Hənifəyev Avtosfer.az-a bildirdi ki, rayon ərazisində qeydiyyatda olan sürücülər arasında cərimələri ödəməyənlər çoxluq təşkil edir. Son iki gündə keçirilən reydlər nəticəsində 10 min manatdan artıq cərimənin ödənilməsi təmin edilib, 60-a yaxın avtomobil isə cərimə meydançasına aparılıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov isə Avtosfer.az-a bildirdi ki, cərimənin ödənilməsini 3 aydan gecikdirən sürücülər barəsində toplanmış materiallar aidiyyatı üzrə rayon məhkəmələrinə göndəriləcək və onların sürücülük hüququnun 6 ay müddətinə məhdudlaşdırılması barədə vəsatət qaldırılacaq.
Vaqif Əsədov bildirib ki, cərimələrin ödənilməsi ilə bağlı reydlər davam edəcək.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ



























