Danışmağa görə cərimə məsələsinə son qoyuldu

Son günlər avtomobillə hərəkət zamanı sürücü və sərnişinlərin danışmalarına görə məsuliyyətə cəlb edilməsi ilə bağlı sosial şəbəkələrdə əsassız olaraq qeyri-səmimi müzakirələr aparılır və yol hərəkəti haqında qanunda göstərilənlər təhrif edilmiş formada təqdim edilir, məsxərə olunur.
Bu sözləri Avtosfer.az Bakı şəhər Dövlət Yol Polisi idarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov deyib.
O, bildirib ki, mediada bir qrup şəxslərin bilərəkdən həqiqətə uyğun olmayan guya qanuna dəyişikliklərin edilməsi haqda yanlış informasiyalar yayması sürücü-polis münasibətlərinin gərginləşdirilməsinə, hərəkət iştirakçıları arasında çaşqınlıq yaranmasına səbəb olur.
“Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi, həmçinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsi dəfələrlə açıqlama verib. Bir daha bəyan edirik ki, qanunda hər hansı dəyişiklik edilməyib. Baş Dövlət Yol Polisi İdarəsi ilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mövqeyi eynidir və bu məsələnin yenidən müzakirəyə çıxarılmasına ehtiyac yoxdur.”
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












