Daxili İşlər Nazirliyi işçi axtarır - “ASAN Xidmət”də

Daxili İşlər Nazirliyi Kürdəmir rayon “ASAN Xidmət” mərkəzində Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin tabeçiliyindəki orqanların kiçik rəis heyəti vəzifələrində vakant olan 13 yerə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müsabiqədə yaşı 20-dən 30-dək, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, Azərbaycan Respublikasının orta, orta-ixtisas və ali təhsil müəssisələrini bitirmiş, ailəli, özü və yaxın qohumları məhkum olunmamış, yaşayış yeri üzrə Kürdəmir, Ucar, Ağsu və ətraf rayonlarda daimi qeydiyyatda olan, boyu 160 santimetrdən yuxarı olan qadın vətəndaşlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq, ali təhsilli, xarici dil bilən və kompyuterlə işləmək qabiliyyətinə malik namizədlərə üstünlük veriləcək.
Müsabiqədə iştirak etmək istəyən şəxslər 2021-ci ilin fevral ayının 8-dən mart ayının 10-dək iş günləri saat 10:00-dan 17:00-dək Bakı şəhəri R.Behbudov küçəsi 130-da yerləşən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək aşağıdakı sənədləri təqdim etməlidirlər:
- şəxsiyyət vəsiqəsi;
- təhsil haqqında sənədin əsli;
- əmək kitabçası (olanlar üçün).
Əlavə məlumat üçün əlaqə telefonu: (012) 590-64-41
DİN-dən Qarabağa səyahət etmək istəyənlərə XƏBƏRDARLIQ - FOTO - VİDEO
Bayram günlərində DYP gücləndirilmiş rejimdə xidmət edəcək - VİDEO
DYP tərəfindən avtovağzalda maarifləndirici görüş keçirildi - VİDEO
Balakəndə avtoxuliqan sürücü saxlanıldı – 23 sutka həbs edildi - FOTO
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi











