Banner

Polis Akademiyasının təşkilatçılığı ilə Şirvanda IX-XI sinif şagirdləri ilə görüş keçirilib - FOTO

Yol polisi 10 Fevral 2023 15:44 Oxunub 1082
Polis Akademiyasının təşkilatçılığı ilə Şirvanda IX-XI sinif şagirdləri ilə görüş keçirilib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin Polis Akademiyasının təşkilatçılığı ilə Şirvan Gənclər Evində şəhər ərazisində yerləşən ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri ilə görüş keçirilib.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, görüşdə çıxış edən ŞPŞ-nin rəisi, polis polkovniki Fizuli Əhmədov şagirdlərə ölkəmizdə sabitliyin, asayişin təmin olunmasında, hüquq normalarının qorunmasında daxili işlər orqanlarının fədakar xidməti haqqında ətraflı məlumat verib. O, bildirib ki, polis sıralarına qatılmaq arzusunda olan gənclər sağlam həyat tərzi keçirməli, dərslərini yaxşı oxumalıdır. 
Daha sonra çıxış edən digər tədbir iştirakçıları polisin gündəlik fəaliyyətini şagirdlərin diqqətinə çatdıraraq, Polis Akademiyasında yaradılan şərait, kitabxanalar, laboratoriyalar haqqında geniş məlumat veriblər.
Tədbirdə məktəblilərə bukletlər paylanılıb və Polis Akademiyasındakı müasir tədris prosesinə, kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh