Daxili İşlər Nazirliyi 42 qadın işçi axtarır - ELAN

Daxili İşlər Nazirliyi (DİN), Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xətti üzrə Qəbələ və Masallı “ASAN xidmət” mərkəzlərində vakant olan 42 kiçik rəis heyəti vəzifəsinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, müsabiqədə Qəbələ, Masallı və ətraf rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan, yaşı 20-dən 25-dək, boyu 160 santimetrdən yuxarı, özü və yaxın qohumları məhkum olunmamış, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” ilə müəyyən edilmiş şərtlərə cavab verən, Azərbaycan Respublikasının qadın vətəndaşları iştirak edə bilərlər.
İştirakçıların sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanacaq. Ali təhsilli və xarici dil bilən namizədlərə üstünlük veriləcək.
Xidmətə qəbul olunmaq istəyən şəxslər bu il iyul ayının 10-dək iş günləri saat 10-dan 17-dək Bakı şəhəri R.Behbudov küçəsi 58-də yerləşən Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə müraciət edərək aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər: şəxsiyyət vəsiqəsi; təhsil haqqında sənədin əsli; əmək kitabçası (olanlar üçün).
Əlavə məlumat üçün əlaqə telefonları: (012) 590-64-31, əlavə 312.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












