Daxili İşlər Nazirliyinin Hospitalında yeni şöbə və mərkəz açılıb - FOTO

Daxili İşlər Nazirliyinin (DİN) Tibb İdarəsinin general-leytenant Arif Heydərov adına Respublika Hospitalının Hemodializ şöbəsinin və həmin idarənin Gigiyena və Epidemologiya Mərkəzinin yeni tikilmiş binasının açılışına həsr olunan mərasim keçirilib. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, tədbirdə iştirak edən daxili işlər nazirinin müavini, general-leytenant İsmət Əliyev öncə açılışın rəmzini bildirən qırmızı lenti kəsib. Sonra yeni şöbə və mərkəzlə tanışlıq olub. DİN Maddi-Texniki Baş İdarəsinin rəisi, general-mayor Elçin Həsənov və Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Mahmud Yusifov binanın birinci mərtəbəsində yerləşən Hemodializ şöbəsinin qeydiyyat sektoru, hemodializ zalı, palata, əməliyyat və tibbi personal üçün ayrılmış otaqlar haqqında məlumat verərək bildiriblər ki, bura beynəlxalq standartlara cavab verən ən müasir texnika, avadanlıq və hermetik qapılarla təchiz olunub, xəstələrin müayinə və müalicəsi, eyni zamanda tibbi personalın rahat şəkildə fəaliyyət göstərməsi üçün hər bir şərait yaradılıb.
Daha sonra tədbir iştirakçıları binanın ikinci mərtəbəsində yerləşən Gigiyena və Epidemologiya Mərkəzində ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş foto-guşə, saxlanc-server, analizlərin yığılması və qəbulu otaqları, həmçinin bakterialoji laboratoriyada olublar. Bildirilib ki, laboratoriya ən müasir tibbi avadanlıqlarla təchiz edilib.
Mərkəzlə tanışlıqdan sonra nazir müavini İsmət Əliyev tibbi personalla görüşüb, yeni binanın istifadəyə verilməsi münasibətilə DİN rəhbərliyi adından kollektivi təbrik edib. Diqqətə çatdırıb ki, cəmi bir ilə ərsəyə gələn bina ən yüksək standartlara cavab verir. Əsas məqsəd daxili işlər orqanları əməkdaşlarına və onların ailə üzvlərinə keyfiyyətli, beynəlxalq standartlara cavab verəcək şəkildə tibbi xidmətin göstərilməsi, xəstəliklərin vaxtında aşkar edilməsidir. Yeni mərkəzin faəliyyətə başlamasıyla burada bütün növ analizlərin həyata keçirilməsi mümkün olacaq və xəstələrin xarici ölkələrə göndərilməsinə ehtiyac qalmayacaq.
Nazir müavini onu da vurğulayıb ki, bütün bunlar daxili işlər orqanları əməkdaşlarına ölkə və DİN rəhbərliyinin diqqət və qayğısının nəticəsidir.
Elmin
Şəmkirdə 5 nəfərin öldüyü QƏZA: Rövşən Tağıyev sürücülərə səsləndi
Azərbaycanlı uşaqlar Qazaxıstanda yol hərəkəti ilə bağlı biliklərini nümayiş etdirir - FOTO
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
















