Dayanma-durma qaydasını pozub "obedə" getdilər - Evakuator və yol polisləri

DYP əməkdaşları və evakuator sürücüləri avtomobillərin saxlanılması qadağan olan ərazidə park edərək "Böyükfırat" restoranına nahara gedirlər. Bakı şəhər, Nəsimi rayonu, Azadlıq prospektindən istifadə edənlər hər gün yəqin ki, aşağıdakı mənzərəni görürlər. DYP əməkdaşları və evakuator sürücüləri avtomobillərin saxlanılması qadağan olan ərazidə park edərək "Böyükfırat" restoranına nahara gedirlər. Bunu belə görən digər sürücülər də eyni addımı atırlar və qadağan edilmiş ərazidə park edirlər. Bu hələ azmış kimi, yol ayrıcından 5 metr məsafədə də maşınlar saxlanılır və həyətlərdən Azadlıq prospektinə çıxmaq istəyən sürücülər yolu görmürlər.
Avtosfer.az bildirir ki, bu barədə görüntüləri faktxəbər-ə göndərən sürücülər, əlaqədar orqanlardan məsələyə müdaxilə etmələrini istəyirlər. Görüntülərdə Yol Patrul Xidmətinin 99 YP 508, evakuator xidmətinin 90 JM 006, 90 JM 007 və 90 JM 008 dövlət qeydiyyat nişanlı avtomobillərinin harada park etmələri aydın görünür. Hansı ki, məhz bu xidmətin əməkdaşları 2 dəqiqəliyinə aptekə girib dərman almaq istəyən sürücünün maşınını dərhal cərimə meudançasına aparırlar, amma özləri 1 saata yaxın qaydaları pozurlar.
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












