Dəniz kənarında iti vuraraq istirahətinə davam edən şəxs müəyyən olunub - VİDEO
Yol polisi
1 Sentyabr 2023 14:29
Oxunub 744
Bir müddət öncə dənizkənarında avtomobillə iti vuran şəxslə bağlı qanuni ölçü götürülüb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, dəniz kənarında avtomobillə heyvanın vurularaq, rəhmsiz rəftara məruz qalması ilə bağlı fakt araşdırılıb.
Sosial şəbəkələrdə paylaşılan görüntülərdə heyvana yardım etmək əvəzinə şəxsin istirahətinə davam etməsini əks etdirən video görüntülər müzakirələrə səbəb olub.
Həmin görüntülər hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Əməli törədən C.Səlimov müəyyən olunub və barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 274-cü maddəsinə (Heyvanlarla rəhmsiz rəftar edilməsi) əsasən, protokol tərtib olunub.
Faktı oxu.az-a DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev təsdiq edib.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR