"Deputatı da, məmuru da cərimələyirik" - DYP polkovniki

"Bilərəkdən və ya bilməyərəkdən yol hərəkəti haqqında qanunun tələbinin pozulması inzibati xətadır və inzibati xəta törədən şəxs kimliyindən asılı olmayaraq (mövqeyindən, vəzifəsindən, cinsindən, irqindən və s.) məsuliyyətə cəlb edilir”. Bunu Bakı şəhər Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov son vaxtlar vəzifəli şəxslərin, deputatların yol hərəkəti qaydalarını pozması haqda mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib. DYP rəsmisi bildirib ki, kimliyindən asılı olmayaraq hər kəs qanun qarşısında məsuliyyət daşıyır və xəta törədirsə vəzifəli şəxslər, deputatlar da məsuliyyətə cəlb edilir: "Yol hərəkəti haqqında qanunun tələblərinin pozulmasına görə nəzarət gücləndirilib və bu, hadisələrin azalmasına təsir göstərib. İlin əvvəlindən bu günə qədər istər Respublika, istərsə də Bakı şəhəri üzrə yol-nəqliyyat hadisələrinin bütün göstəricilərinə görə müsbətə dəyişiklik müşahidə edilir”.
V.Əsədov qeyd edib ki, "Yol-hərəkəti haqqında" qanunun tələblərini pozanlara qanun tələbinə uyğun olaraq cərimə yazılır. Onun sözlərinə görə, cərimələrin tətbiq edilməsi kiminsə xoşuna gəlməyə bilər: "Hətta sıravi vətəndaşlar cərimə yazılan zaman aqressiya nümayiş etdirir. Onlar daha çox sərxoş vəziyyətdə olan sürücülərdir. Bəzən xanım sürücülər xanımlıqlarından istifadə edib, polis əməkdaşlarına qarşı sayğısızlıq edirlər. Bu cür münasibət xanımlara yaraşmır. Polis hər bir halda öz fəaliyyəti ilə nümunə göstərməyə hazırdır. Polislərin hər birində səs yazma qurğusu var. Üzbəüz dayanıb danışdığı şəxslə aralarında olan diskusiya qeydə alınır. Belə vasitələrin olduğu halda yol polisi əməkdaşının qanundankənar hərəkət etməsinə inanmıram. Polisə qarşı hər hansı qanunsuz hərəkət olarsa, qanunun tələblərinə uyğun olaraq həmin şəxs zərərsizləşdirirlir”(Azvision.az).
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxt ərazisində bahalı avtomobili saxlayaraq cərimə meydançasına aparıblar. Buna səbəb həmin avtomobillə bağlı xeyli miqdarda ödənilməyən cərimənin olmasıdır. Məlum olub ki, həmin avtomobil Milli Məclisin xanım deputlarından birinə məxsusdur. Sentyabrın 16-da isə avtobus dayanacağında maşın saxlayan deputatlardan birinə yol polisi 40 manat cərimə yazıb.
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi










