DİN-dən sürücülərə yollarla bağlı XƏBƏRDARLIQ

Yol polisi 24 Fevral 2021 19:00 Oxunub 2212
DİN-dən sürücülərə yollarla bağlı XƏBƏRDARLIQ
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Respublika ərazisində hava kəskin şəkildə dəyişib. Yolların buz bağlaması qəzalara səbəb olub. Hətta bəzi yerlərdə insan ölümü ilə nəticələnən zəncirvai qəzalar baş verib. 

Havanın kəskin dəyişməsi ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsi sürücülərə müraciət edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Avtosfer.az-a bildirib ki, yağan qar nəticəsində maşınların hərəkətində çətinlik yaranıb:

“Havanın kəskin dəyişməsi nəticəsində Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin və Post Patrul Xidmətinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Sürücülərə bu günlərdə zəruri olmayan hallarda avtomobillərdən az istifadə etmələri tövsiyə olunur. Sürücülər avtomobilin qış rejiminə hazırlıqlı olunmasını təmin etsinlər, sürət həddini minimuma endirsinlər”. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh