DİN-in Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə kursant qəbulu elan edilib - VİDEO

Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasına “hüquqşünaslıq” ixtisası üzrə əyani təhsil üzrə 200 kursantın qəbulu üçün müsabiqə elan edib.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, müsabiqədə - Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi həqiqi hərbi xidmətə yararlı olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilər.
İkili vətəndaşlığı, 2022-ci ilin yanvar, aprel və iyul tarixli çağırışlarında həqiqi hərbi xidmətə getməli olan çağırışçılar, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmır.
Sənədlərin qəbulu 2022-ci il yanvar ayının 24-dən mart ayının 5-dək bazar günləri istisna olmaqla hər gün saat 10:00-dan 17:00-dək namizədin təhsil aldığı təhsil müəssisəsinin yerləşdiyi inzibati ərazi üzrə polis idarə və ya şöbələrində həyata keçiriləcək.
Polislər yanan binanın sakinlərini belə xilas etdi – ANBAAN VİDEO
Yol polisi piyadaların vurulması görüntülərini yaydı - Ölümə addımlayanlar - VİDEO
Bayram günlərində avtomobillərini texniki müayinədən keçirmək istəyənlərin NƏZƏRİNƏ!
DİN və FHN tonqal qalayanlara XƏBƏRDARLIQ ETDİ - Bu qaydalara ƏMƏL EDİN! - VİDEO
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO










