DİN-də təyinatlar: deputatın oğlu yeni vəzifədə, güllələnən müavin təqaüdə getdi

Daxili işlər orqanlarında yeni təyinatlar olub. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmrlər imzalayıb. Əmrlərə əsasən, Suraxanı rayon Polis İdarəsinin əməliyat işləri üzrə rəis müavini Akif Nəzərli xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Onun yerinə hələlik təyinat yoxdur. Bundan başqa, Suraxanı rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinin rəisi Samir Qurbanov öz ərizəsi ilə daxili işlər orqanlarından xaric edilib.
Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasov tutduğu vəzifədən azad edilərək 33-cü Polis Bölməsinin rəisi, Abşeron rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin rəisi Eldar Qazıbəyov tutduğu vəzifədən azad edilərək 30-cu Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb. E.Qazıbəyovun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, təqaüdə göndərilən A. Nəzərli 2014-cü ilin fevralında yaşadığı evin qarşısında əvvəllər məhkum olunmuş Gülağa Lətifov tərəfindən güllələnib. Uzun müddət müalicə alan rəis müavini işə qayıtdıqdan bir il sonra təqaüdə göndərilib. 33-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alan Tuncay Abbasov isə deputat Aqil Abbasın oğludur.
APA
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












