DİN-dən açıqlama – Azərbaycanda yekəqarın polis yoxdur - VIDEO

Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən polis polkovniki Ehsan Zahidov femida.az-ın suallarını cavablandırıb.
Avtosfer.az femida.az-a istinadən müsahibəni oxuculara təqdim edir:
– Ehsan müəllim, əvvəlcə icra edəcəyiniz yeni vəzifədə sizə uğurlar arzu edirik…
Mənim vəzifəm hələ də mətbuat xidmətinin rəis müavinidir. Lakin müvəqqəti olaraq mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edirəm.
– Məlum olduğu kimi, Tacikistanın daxili işlər naziri Ramazon Rəhimzoda artıq çəkidən əziyyət çəkən polis əməkdaşlarına arıqlamaq tapşırığı verib. Azərbaycanda polis əməkdaşlarına belə bir tapşırığın verilməsi gözlənilirmi?
Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti olaraq nazirin birbaşa iştirakı ilə polis orqanlarına qəbul olunan namizədlərin ya fotolarını, ya da videogörüntülərini ictimaiyyətə mütəmadi olaraq təqdim edirik. Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarına seçilən namizədlərin xarici görünüşü, fiziki hazırlığı ilə bağlı müəyyən olunmuş normalar mövcuddur. Yəni boyu 175 santimetrdən aşağı olmayan, idmançı görkəminə malik, bədən ölçüləri boylarına uyğun olan vətəndaşlar işə götürülür. Bizdə sovet dönəmindən fərqli olaraq, yekəqarın, həddindən artıq arıq insanlar polis orqanlarına qəbul olunmur. Yəni Tacikistandakı kimi bizdə əlavə göstərişin verilməsinə ehtiyac yoxdur. Azərbaycanda ümumiyyətlə yekəqarın polis yoxdur.
– Doğrudur, polis orqanlarına yalnız müəyyən normalara cavab verən namizədlər qəbul olunur. Lakin elə hallar da olur ki, müəyyən yaşdan sonra bəzi polislərimiz həddindən artıq çəki əldə edirlər…
Polis də bir insandır. Müəyyən yaş keçdikdən sonra onun qarnı çıxa, kökələ bilər. Polis əməkdaşlarına mütəmadi olaraq dərslər keçirlir. Bu dərslərdə polis əməkdaşlarının qidalanması barədə onlara daimi tövsiyyələr verilir. Polis əməkdaşlarımız həftə ərzində ən azı 2-3 dəfə dərslərə cəlb olunur. Əgər bizdə artıq çəkili polislər varsa, o da sovet dönəmində xidmətə qəbul olanlardır. Onlar da yəqin ki, yaxın vaxtlarda təqaüdə göndərilər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













