DİN-dən yol polisinin fotosunu yayan feysbok isifadəçisinə cavab - FOTO

Bu gün sosial şəbəkə istifadəçilərindən biri yol polisi əməkdaşının fotosunu yayaraq belə bir status paylaşıb: "Polis az öncə şəhərdə yaşlı taksi sürücüsünü telefonla danışdığına görə cərimələyib. Özü isə nə kəmərdən istifadə edir, nə də qanuna əməl etməyərək, telefonla danışır. Yaşlı kasıb taksi sürücüsünə qanun var, bunlara yox?!". Məsələ ilə bağlı Avtosfer.az-ın əməkdaşı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidovla əlaqə saxlayıb. O, həmin status barədə məlumatı olduğunu bildirdi: "O statusdan mənim də xəbərim var. Çox güman ki, onu paylaşan sosial şəbəkə istifadəçisinin "Yol hərəkəti haqqında" Qanundan və "Yol Patrul Xidməti haqqında" Təlimatdan xəbəri yoxdur. Ona görə də, bir daha xatırlatmaq istərdim ki, "Yol hərəkəti haqqında" Qanunun 74-cü maddəsində göstərilir ki, üstün keçid hüququ olan nəqliyyat vasitəsinin sürücüsü (bu halda YPX əməkdaşı) yol hərəkətinin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaratmamaq şərti ilə bu Qanunun tələblərindən kənara çıxa bilər. "Yol Patrul Xidməti haqqında" Təlimatda da göstərilir ki, operativ nəqliyyat vasitəsini idarə edən sürücülər xidməti zərurətlə əlaqədar, yəni naryadların idarə olunması və onların arasında qarşılıqlı əlaqənin təmin edilməsi məqsədilə həmin nəqliyyat vasitəsində olan rabitə vasitələrindən (radio-rabitə, radiocihaz və telefon) istifadə edə bilər. Eyni zamanda, YPX əməkdaşları xidmətdə olarkən onlara yaşayış məntəqələrində təhlükəsizlik kəmərindən istifadə etməmək hüququ da verilir".
Ehsan Zahidov sonda onu da bildirib ki, YPX əməkdaşlarının gün ərzində müəyyən etdiyi yüzlərlə qayda pozuntuları neçə-neçə yol-nəqliyyat hadisəsinin qarşısının alınması deməkdir: "Sosial şəbəkə istifadəçisi bilməlidir ki, halına acıdığı o "yaşlı kasıb" taksi sürücüsü hərəkətdə olan avtomobilin sükanı arxasında mobil telefondan istifadə edərkən həm Qanunun tələbini pozur, həm də qəza şəraiti yaratmaqla özünün və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə məruz qoyur".
Elmin
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ












