DİN əməkdaşları Azərbaycanı beynəlxalq yarışda təmsil edəcək - FOTO

Dekabrın 7-dən 9-dək əlbəyaxa döyüşüzrə daxili işlər orqanlarının birinciliyi keçirilib. Açılış mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin sədri, Olimpiya, dünya və Avropa çempionu, polis polkovniki Zemfira Meftaxetdinova bildirib ki, Azərbaycan bu gün öz tarixinin çox şərəfli, böyük irəliləyişlər, inkişaf və tərəqqi dövrünü yaşamaqdadır. Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində bütün idman ictimaiyyətimizi ruhlandırdı, hamını problemlərin aradan qaldırılmasına, qarşıda duran mühüm vəzifələrin yerinə yetirilməsinə və beləliklə də, respublikamızın dünyanın idman mərkəzlərindən birinə çevrilməsi işinə səfərbər etmiş oldu. Görülmüş gərgin və məqsədyönlü işlərin nəticəsibu gün göz qabağındadır.Ulu öndərimizin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli varisi - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Möhtərəm dövlət başçımızın diqqəti biz idmançıları yeni qələbələrə səsləyir.
Daha sonra İdman Cəmiyyətinin sədr müavini, polis polkovniki Elçin Rüstəmov yarışın qaydaları barədə iştirakçıları və komanda rəhbərlərini məlumatlandırıb.
Böyük tamaşaçı kütləsinin maraqla gözlədiyi yarışda idmançılar əvvəlcə nümunəvi çıxışlar göstəriblər. Sonra tam kontakt əlbəyaxa döyüş növləri üzrə turnirə start verilib.
DİN İdman Cəmiyyətində keçirilən bu yarışda ərazi polis orqanları, nizami hissə və tədris müəssisələrini təmsil edən ümumilikdə 10 komandadan olan 80 idmançı tatami üzərinə çıxıb.
Gərgin keçən yarışlarda mübarizə aparan iştirakçılar arasında qaliblər müəyyənləşib. Komanda olaraq ilk üçlükdə DİN Daxili Qoşunlarının Baş İdarəsi, Sumqayıt ŞPİ və Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları qərarlaşıblar.
Müvafiq olaraq öz çəki dərəcələrində güclərini sınayan Nurlan Hacıyev (65 kq, DİN DQBİ), NatiqAllahyarov (70 kq, DQBİ), Ənvər Nəhmətov (75 kq, Bakı Şəhər BPİ), Tural Süleymanov (80 kq, DİN DQBİ), Müşviq Hüseynov (85 kq, DQBİ), Tural Bayramov (90 kq, BDYPİ), Anar Həşimov (+90, Sumqayıt ŞPİ) yarışın baş mükafatını qazanaraq çempion olublar.
Yarışların idarə olunmasında polis polkovnik-leytenantları Elnur Həsənov və Seymur Qurbanbəyli iştirak ediblər.
Mükafatlandırma mərasimində çıxış edən DİN İdman Cəmiyyətinin İdmanın təşkili bölməsinin rəisi,polis polkovnik-leytenantı Mülayim Xıdırov əməkdaşların hazırlıq səviyyəsinin yüksək olmasını, polis idmançılarımızın ildən-ilə təcrübələrinin artırdığını diqqətə çatdırıb. O, bildirib ki, keçirilənturnirin qalibləri hər il Qazaxıstanda baş tutan MDB dövlətlərinin daxili işlər orqanlarının əməkdaşları arasında keçiriləcək əlbəyaxa döyüş üzrə çempionata vəsiqə qazanıblar.
Sonda qaliblərə medallar, diplomlar vəqiymətli hədiyyələr təqdim olunub.
Zeyni Hüseynov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası
İsmayıllıda motosiklet “Opel”i 2 yerə böldü - DYP-dən AÇIQLAMA - VİDEO
Yol polisi sürücülərə çağırış etdi
Sürücü hərəkətə başlamazdan əvvəl sərnişinə xəbərdarlıq etməlidir – DYP-dən ÇAĞIRIŞ
Vilayət Eyvazov Şuşada slovakiyalı həmkarı ilə görüşdü - FOTOLAR
Yol polisi nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi











