DİN İdman Cəmiyyətinin yetirməsi qalib gəldi - FOTO

Noyabrın 21-dən 26-dək Polşanın Bıdqoş şəhərində 23 yaşadək olan güləşçilər arasında U-23 versiyası üzrə dünya çempionatı keçirilib. Bu yaş kateqoriyasında gerçəkləşdirilən çempionatı yığma komandamızın üzvləri 5 bürünc medalla başa vurublar. Qadın güləşçilərin mübarizəsi isə 2 bürünc medalla tamamlanıb.
Millimizin heyətində təmsil olunan DİN İdman Cəmiyyətinin yetirməsi Türkan Nəsirova çəkisi 48 kiloqram olan güləşçilər arasında ilk görüşündə qazaxıstanlı rəqibi ilə qarşılaşıb və 62 saniyədə təmiz qələbə qazanıb. İkinci görüşündə rusiyalı həmkarı üzərində 12:11 hesablı qələbə qazanan Türkan yarımfinala yüksəlib. Finala gedən yolda o, türkiyəli idmançıdan cüzi xal hesabı ilə geri qalsa da 3-cü yer uğrunda qarşılaşmada yaponiyalı rəqibinə 4:2 hesabı ilə qalib gəlib və çempionatın bürünc mükafatını qazanıb.
Güləşçimizi bu yarışa Sumqayıt ŞPİ-nin əməkdaşı, Azərbaycan Respublikasının əməkdar məşqçisi, beynəlxalq dərəcəli hakim, idman ustası, IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı Tural Əliyev hazırlayıb.
Xəyalə Məmmədova,
DİN Mətbuat Xidmətinin əməkdaşı
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















