DİN rəhblərliyi yanğın zamanı xəsarət alan polisə baş çəkib - FOTO

Daha bir yanğın hadisəsi əhalini vahiməyə saldı. Ancaq vətəndaşa təhlükədən daha yaxın olan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və eləcə də asayişi, əmin-amanlığı qoruyan Azərbaycan Polisinin hadisə yerinə operativ olaraq çatmaları sayəsində bina sakinləri xilas oldular. Belə ki, dekabrın 7-də saat 9:00 radələrində Xırdalan şəhəri M.Hüseynzadə küçəsindəki 14 mərtəbəli binada tüstülənmə baş verməsi barədə Abşeron Rayon Polis İdarəsinin Növbətçi hissəsinə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə və Təcili Tibbi Yardıma məlumat verilib, RPİ rəisinin rəhbərliyi ilə şəxsi heyət hadisə yerinə cəlb olunub. Sakinlərin təxliyyə edilməsi və təhlükəsizliyin təmin olunması məqsədilə polis əməkdaşlarının FHN əməkdaşları ilə birgə təxirəsalınmaz tədbirləri ilə binada köməksiz vəziyyətdə qalan 13-ü azyaşlı uşaq, 7-si ahıl olmaqla 70-ə yaxın sakin təxliyyə olunub. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb.
Təxliyyə zamanı həyatları üçün təhlükə ilə üz-üzə gəlib, fədakarlıq göstərən əməkdaşlar - polis serjantları Bəhruz Heydərli və Vüsal Zeynalov, həmçinin 9 sakin tüstüdən kəskin zəhərlənmə diaqnozu və müxtəlif dərəcəli xəsarətlərlə Təcili Tibbi Yardım Stansiyasının tibbi personalı tərəfindən Klinik Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdiriliblər. İlkin tibbi yardım göstərildikdən sonra onların əksəriyyəti evə buraxılıblar. Polis əməkdaşları isə DİN-in A.Heydərov adına Respublika Hospitalına aparılıb, tibbi yardımdan sonra V.Zeynalov ambulator müalicəyə buraxılıb, B.Heydərlinin isə müalicəsi davam etdirilir.
Hadisə yerində ictimai asayişi təmin edən polis əməkdaşlarının sayıqlığı nəticəsində heç bir qanunazidd hərəkət qeydə alınmayıb və təhlükə sovuşduqdan sonra onların müşayiəti ilə sakinlər evlərinə qayıdıblar.
Qeyd edək ki, binanın şaxtasındakı elektrik naqillərində qısaqapanmadan sonra baş vermiş yanğın nəticəsində elektrik və su sayğacları yanaraq yararsız hala düşdüyündən həmin binanı inşa edən MTK tərəfindən yanmış elektrik şiti, naqillər və sayğaclar qısa vaxtda yenisi ilə əvəzlənib.
Bu gün Nazirliyin rəhbər heyətindən ibarət bir qrup Hospitalda olaraq xəsarət alan polis əməkdaşına baş çəkib və müalicəsinin gedişatı ilə maraqlanıb.
İstər yanğın, istərsə də digər fövqəladə hadisələr zamanı FHN-in əməkdaşları ilə çiyin-çiyinə insanları xilas edərkən həyatlarını təhlükəyə ataraq xəsarət alan polis əməkdaşlarının adına tez-tez rast gəlirik. Bu isə bir daha onu deməyə əsas verir ki, sabitliyin və asayişin, insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq duran Azərbaycan Polisi andına hər zaman sadiqdir.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












