“Diqqət, uşaqlar!” aylığı çərçivəsində silsilə tədbirlər keçirilib - VİDEO

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin dəstəyi ilə məktəblilər arasında yol hərəkəti təhlükəsizliyinin təbliğinə həsr olunan silsilə tədbirlər keçirilib.
Avtosfer.az xəbər verir ki, “Diqqət, uşaqlar!” aylığı çərçivəsində İsmayıllı, Qəbələ, Zaqatala, Göygöl, Ağdam, Goranboy, Zərdab, Saatlı, Sabirabad, Hacıqabul və paytaxtın Xəzər rayonunda yerləşən ümumtəhsil məktəblərində təşkil olunan görüşlərdə 1100-dən çox şagird iştirak edib.
Komitənin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin və DYP qurumlarının moderatorluğu ilə keçirilən görüşlərdə təhsilalanlara “Qırmızı, Sarı, Yaşıl” devizi altında icra olunan layihənin əhəmiyyəti haqda məlumat verilib, yol hərəkəti qaydaları ilə bağlı məktəblilərin bilik səviyyəsi öyrənilib, bu sahədə onlara zəruri məlumat və tövsiyələr verilib. Tədbirlərdə şagirdlərin sualları cavablandırılıb, onlara layihə çərçivəsində hazırlanan maarifləndirmə xarakterli materiallar və hədiyyələr təqdim olunub.
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi
DİN-də 4134 qadın əməkdaş xidmət edir - İsmət Əliyev










