Banner

“Diqqət, uşaqlar!” aylığı çərçivəsində tədbirlər davam edir - VİDEO

Yol polisi 30 Sentyabr 2025 09:30 Oxunub 548
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində tədbirlər davam edir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Diqqət, uşaqlar!” aylığı çərçivəsində növbəti maarifləndirmə tədbiri Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə keçirilib.

Avtosfer.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin təşkilatçılığı ilə baş tutan görüşdə şagirdlərə yol hərəkəti qaydalarının əhəmiyyəti, piyada və sürücülərin məsuliyyəti, həmçinin yollarda təhlükəsizlik qaydalarına riayət etməyin vacibliyi izah olunub.

Tədbirdə müxtəlif metodiki vəsaitlər və audiovizual materiallardan istifadə edilib ki, bu da biliklərin uşaqlar tərəfindən daha asan mənimsənilməsinə imkan yaradıb.

BDYPİ vətəndaş cəmiyyəti institutlarını aylığa dəstək verməyə çağıraraq xatırladıb ki, yol hərəkəti qaydalarının uşaqlara aşılanması onların gündəlik həyat tərzinə çevrilməli, bu isə gələcəkdə təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh