DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi - VİDEO

Müasir dövrün inqilabi yeniliklərindən olan süni intellekt artıq “E-Polis” mobil tətbiqinə inteqrasiya edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, bundan sonra vətəndaşlar onları maraqlandıran məsələlər barədə ünvanladıqları suallara süni intellekt vasitəsilə operativ şəkildə cavab ala biləcəklər.
Qeyd edilib ki, yeni çat-bot funksionallığı ilkin olaraq sınaq məqsədilə “E-Polis” platformasında və “e-xidmet.mia.gov.az” elektron xidmətlər portalında istifadəyə verilib:
“Xidmətlərin izahı, müraciət qaydaları, tələb olunan sənədlər, istifadə prosesinə dair məlumatlar və digər ümumi suallar çat-botun cavab bazasına daxildir. Bu isə istifadəçilərin əlavə izahat axtarışına ehtiyac duymadan məlumatla təmin edilməsinə və müraciət prosesinin daha anlaşıqlı olmasına şərait yaradır.
Sınaq dövründə əldə olunan nəticələr çat-botun funksiyalarının genişləndirilməsi üçün baza rolunu oynayacaq. Toplanacaq rəy və müşahidələr əsasında gələcək mərhələlərdə daha ağıllı cavablandırma mexanizmlərinin əlavə olunması, səsli müraciət imkanları və ehtiyacdan asılı olaraq xidmətin yönləndirməsi funksiyalarının inkişaf etdirilməsi nəzərdə tutulur.
Beləliklə, bu yeniliyin tətbiqi vətəndaşların elektron xidmətlərə daha sürətli, rahat və fasiləsiz çıxışını təmin edəcək, əlavə vaxt itkisinin qarşısını alacaq və məlumat əldə etmə prosesini sadələşdirməklə vətəndaş məmnunluğunun daha da yüksəldilməsinə effektiv təsir göstərəcək”.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO












