DİN əməkdaşları hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar - FOTOLAR

Ölkə ərazisində, əsasən dağlıq və dağətəyi bölgələrdə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ötən gündən başlayaraq zəruri tədbirlər görülür, fasiləsiz xidmət davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, ölkəboyu şəhər və rayonlarda, həmçinin avtomobil yollarında gücləndirilmiş rejimdə xidmət təşkil olunub. Polis əməkdaşları tərəfindən işğaldan azad olunmuş ərazilərdə də təhlükəsizliyin təmin edilməsi məqsədilə müvafiq tədbirlər davam etdirilir.
Gecə saatlarından etibarən təşkil olunan fasiləsiz xidmət zamanı digər dövlət qurumları ilə birgə yollar və yol nişanları qardan və buzdan təmizlənir, sürüşmə ehtimalı olan ərazilərə qum və duz səpilir.
Görülən tədbirlər nəticəsində sürücü və piyadaların mənzil başına təhlükəsiz şəraitdə çatması təmin edilir.
Mövcud hava şəraiti ilə əlaqədar daxil olan çağırışlara çevik reaksiyalar verilir, vətəndaşlara zəruri köməkliklər göstərilir.
Bu istiqamətdə tədbirlər fasiləsiz olaraq davam etdirilir.












Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO












