DİN Şəhid Polislərin xatirəsinə həsr olunmuş cüdo üzrə çempionat keçirib - FOTO - VİDEO

DİN-in İdman Cəmiyyətində antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış daxili işlər orqanları əməkdaşlarının xatirəsinə həsr olunmuş cüdo üzrə çempionat keçirilib.
Avtosfer.az xəbər verir ki, Daxili işlər orqanları əməkdaşları arasında keçirilən tədbirdə şəhidlərin ailə üzvləri, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Yarışdan əvvəl Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalmış igid oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən qonaqlar bildiriblər ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması dövlətçilik tariximizə parlaq səhifələr kimi yazılıb. Ötən ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyinin tam bərpa edilib və bununla da erməni separatizminə son qoyulub. Bu şərəfli missiyada daxili işlər orqanlarının əməkdaşlarının iştirak etməsinin qürurverici olduğu vurğulanıb.
Qeyd edilib ki, cinayətkarlıqla mübarizədə fədakarlıq göstərən daxili işlər orqanlarının əməkdaşları həm Vətən müharibəsində, həm də anititerror tədbirlərində qəhrəmanlıq salnaməsi yazıblar.
Daha sonra yarışlara start verilib.
Yarışda qeyd edilən idman növündə əməkdaşlar 6 çəki dərəcəsində mübarizə aparıblar.
Qalib idmançılar medal və diplomlarla təltif olunublar.
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
DİN-dən əhaliyə müraciət: Bu nömrəyə zəng edin! - FOTO














