Dörd avtobus cərimə meydançasına aparıldı

Son günlərdə Bakıda sərnişin avtobusları ölümlə nəticələnən bir neçə yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov lent.az-a deyib ki, yol polisi tərəfindən sərnişindaşımada nizam-intizamın yaradılması ilə bağlı tədbirlər həyata keçirilir: "Təkcə dünən yol polisi tərəfindən 100-dən artıq avtobus sürücüsü inzibati məsuliyyətə cəlb edilib. Həmçinin 4 sərnişin avtobusu xətdən çıxarılaraq cərimə meydançasına aparılıb. Avtobuslarla bağlı qanun pozuntuları əsasən dayanacaqdan kənarda saxlama, səs siqnalları və manevrlərlə bağlıdır. Bundan sonra da hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə tədbirlər davam etdiriləcək".
V.Əsədov əlavə edib ki, bu ilin ilk iki ayında paytaxtda yol qəzalarının statistikası keçən ilin eyni dövrü ilə müqayisədə çox müsbətdir: "Yanvarın 1-dən bu günədək Bakıda 77 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 13 nəfər ölüb, 89 nəfər isə yaralanıb. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə hadisələrin sayı 38, ölüm hallarının sayı 23, yaralananların sayı isə 32 nəfər azalıb".
Yol polisi rəsmisi onu da bildirib ki, son günlərdə sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzalar bu istiqamətdə əlavə tədbirlərin görülməsini zəruri edir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












