Dörd regional mərkəzdə polis çoxnövçülüyü yarışı keçirilib

Ümummilli lider Heydər Əliyevin 94-cü ildönümü ilə əlaqədar daxili işlər orqanları əməkdaşlarının iştirakı ilə polis çoxnövçülüyü yarışı keçirilməsi son illərin ən gözəl ənənələrindən birinə çevrilib. Dörd regional mərkəzdə keçirilən bu yarışlarda ölkənin bütün ərazi polis orqanları və nizami hissələrinin idmançı əməkdaşları təmsil olunublar. Əvvəlcə turnir iştirakçıları yarışların təşkil olunduğu bölgələrdə ulu öndərimizin abidəsini ziyarət edib, önünə təzə-tər gül dəstələri qoyublar. Daha sonra ümummilli liderin adını daşıyan muzeylərə gedib, müstəqil dövlətimizn xilaskarının zəngin həyat yolu ilə tanış olublar.
Yarışlar 17 ətraf rayonun təmsilçilərinin iştirakı ilə mayın 1-də və 2-də Mingəçevirdə, 3-4-də Gəncədə, 5-6-da Şirvanda, 12 rayonun idmançı əməkdaşlarının iştirakı ilə 7-8-də Sumqayıtda keçirilib.
Yarış iştirakçıları gimnastik hərəkətlərin yerinə yetirilməsi, 100 və 1000 metr məsafələrə qaçış üzrə güc, dözüm və cəldliklərini sınayıblar. Gimnastik hərəkətlərin yerinə yetirilməsində Məsim Eyvazov (Qəbələ RPŞ), Nadim Tağıyev (Kəlbəcər RPŞ), Samir Məhərrəmov (Biləsuvar RPŞ) və Valeh Samullayev (Sumqayıt ŞPİ) qalib gəliblər. 100 metr məsafəyə qaçışda Eşqin Şəmiyev (Yevlax RPŞ), Pünhan Abdullayev (Tovuz RPŞ), Murad Gözəlov (İmişli RPŞ), Alim Sevindikzadə (Sumqayıt ŞPİ) finişə hamıdan tez çatıblar. Yarışın proqramına daxil olan sonuncu hərəkətdə-1000 metr məsafəyə qaçışda isə Rövşən İsmayılov (Mİngəçevir ŞPŞ), Vüsal Qurbanov (Daşkəsən RPŞ), Elgün Bağırov (Beyləqan RPŞ), Nəbi Ramazanov (Qusar RPŞ) fərqləniblər. Yarışları DİN İdman Cəmiyyətinin əməkdaşları əməkdar məşqçi polis polkovnik-leytenantı Mülayim Xıdırov və polis pokovnik-leytenantı Seymur Qurbanbəyov idarə ediblər.
Qaliblərə "Fəxri fərman", diplomlar və qiymətli hədiyyələr təqdim olunub.
Natiq Cavadov,
DİN Mətbuat Xidmətinin əməkdaşı,
polis baş leytenantı
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yolda halı pisləşən sürücünü yol polisləri xəstəxanaya çatdırdı - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərlə növbəti maarifləndirici görüş keçirib - VİDEO
Saatlıda toy karvanı “drift şousu”na çevrildi: Sürücülər HƏBS EDİLDİ - VİDEO
Rövşən Tağıyev yuxulu sürücülərdən DANIŞDI: "Avtomobil nəzarətsiz təhlükəyə çevrilir"
Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirdi - FOTOLAR - VİDEO
Yol polisi skuterçini qəzadan belə xilas etdi - ANBAAN VİDEO











