Döyülən yol polisləri ilə bağlı YENİ XƏBƏR

Fevralın 24-nə keçən gecə Bakı şəhərinin Xəzər rayonunda yol polislərinin döyülməsi olayı ilə bağlı bəzi məqamlar aydınlaşıb. Avtosfer.az lent.az-a istinadən bildirir ki, Mərdəkan qəsəbəsi ərazisində Rakif Abdullayevin idarə etdiyi və işıqforun qırmızı işığında keçən "VAZ 2107" markalı 10-DL-542 dövlət qeydiyyat nişanlı avtomobilin sənədləri olmayıb. Bu səbəbdən də R.Abdullayev yol polisinin "saxla" əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Daha sonra o, avtomobilini yüksək sürətlə idarə etməklə yaşadığı Mərdəkan qəsəbəsi, Qızılqum bağlar massivinə gəlib. Burada qardaşı Gülbala Abdullayev və atası Rafiq Abdullayevlə birgə avtomobildən düşən şəxslər onları təqib edən yol polislərinə hücum ediblər.
Hadisə vaxtı yol polisi əməkdaşı Vüqar Abbasov qapalı kəllə-beyin travması, beyin silkələnməsi, üz və burun nahiyəsinin yumşaq toxumalarının əzilməsi xəsarətləri alıb. Digər polis əməkdaşı Ceyhun Ağayevə isə başın və sifətin küt travması diaqnozu qoyulub. Daha sonra tutularaq polis idarəsinə gətirilən ata və iki oğlu yol polislərinə hansı səbəbdən hücum etdiklərini əsaslandıra bilməyib. Onlar yol polisinin "saxla" əmrinə tabe olmamalarını isə "qorxmaları" ilə əlaqələndiriblər və bildiriblər ki, avtomobilin sənədləri olmadığından onun cərimə meydançasına aparılacağını düşünüblər.
Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdirilən yol polisi əməkdaşı Vüqar Abbasovun həyatı üçün hər hansı təhlükə yoxdur və vəziyyəti qənaətbəxşdir.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












