Dumanlı hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Azərbaycanın bəzi bölgələrində, o cümlədən paytaxtda hazırda müşahidə edilən dumanlı hava ilə bağlı sürücülərə müraciət edib.
Bu barədə Avtosfer.az-a BDYPİ-dən bildirilib.
Qeyd edilib ki, belə hava şəraiti yollarda görünüş məsafəsini əhəmiyyətli dərəcədə azaldır və bu da yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.
Bu şəraitdə hərəkət iştirakçılarının diqqətli və məsuliyyətli davranması mühüm əhəmiyyət kəsb edir.
Sürücülərə hərəkətə başlamazdan əvvəl duman faralarının və işıqlandırma sistemlərinin sazlığını yoxlamaq, sürəti mövcud görünüş şəraitinə uyğun seçin, qəfil manevr və ötmələrdən çəkinmək tövsiyə olunub:
"Ara məsafəni qoruyun. Dayanma və ya qəza zamanı qəza işıqlarından və xəbərdaredici nişanlardan istifadə edin".
Piyadalara müraciətdə vurğulanıb ki, yolu yalnız müəyyən olunmuş keçidlərdən keçmək lazımdır.
"Yolun hərəkət hissəsinə qəfil çıxmayın. Nəzərə alın ki, belə şəraitdə sürücünün piyadanı görməsi çətinləşir. Baş Dövlət Yol Polisi İdarəsi diqqətə çatdırır ki, məhdud görünüş şəraitində yol hərəkəti iştirakçılarının diqqətsizliyi və məsuliyyətsiz davranışı ağır yol nəqliyyat hadisələrinin baş verməsinə səbəb ola bilər. Belə şəraitdə diqqətli və məsuliyyətli davranmaq, yol hərəkəti qaydalarına ciddi riayət etmək həyati əhəmiyyət daşıyır", - deyə məlumatda qeyd edilib.
Vilayət Eyvazov vətəndaşları qəbul edəcək - BU ŞƏHƏRDƏ - FOTO
Xəzər rayonunda ekoloji reyd; qayda pozan sürücülər 50 MANAT CƏRİMƏLƏNDİ - VİDEO
Qusarda “Təmiz hava aylığı” çərçivəsində profilaktik tədbirlər keçirilib - FOTO - VİDEO
Suraxanıda ekoloji reyd; 9 sürücü CƏRİMƏLƏNDİ - FOTOSESSİYA
Yol polisi zabitimiz Polşada çempion olub dünya rekordunu təzələdi - VİDEO
Sərxoş sürücü qırmızı işıqda yuxuya getdi; sonra polisi hədələdi - FOTO
Qaxda “Təmiz hava aylığı” çərçivəsində reydlər keçirilib – VİDEO
Yol polisi Bakıda avtomobilləri yoxladı: atmosferi çirkəndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
"Piyada keçidlərində ləngiməyin!" - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO












