Dünyanın ən bahalı polis maşınları bu ölkələrdə olur - FOTO
Bəzi ölkələr öz gücünü və sərvətini sərgiləmək üçün polisini bahalı avtomobillərlə təmin edir. Avtosfer.az publika.az-a istinadən həmin bahalı polis avtomobillərini təqdim edir.
Lykan Hypersport, BƏƏ
Qiymət: 2,7 milyon funt
Keçən ilin yayında Ərəb Əmirliyinin polis maşınları yerli istehsal olunan avtomobillərlə əvəzləndi. Lykan Hypersport avtomobili 700 at gücü və almaz fənərləri ilə fəxr edə bilər. O zaman bu avtomobildən cəmi 7 dənə buraxılmışdı.
Bugatti Veyron, BƏƏ
Qiymət: 1,3 milyon funt
Öz istehsalı olan superkarlardan başqa Əmirlik daha başqa elit avtomobilləri ilə öyünə bilər. Məsələn, 2014-cü ilə Dubay polisi üçün ayrılmış Bugatti Veyron kimi. Bu avtomobil bir neçə il ən sürətli avtomobil seçilib. Bugatti Veyronda başqa avtomobillər kimi yalnız rəsmi görüşlər və Ərəb Əmirliyinin sərvətini sərgiləmək üçün nəzərdə tutulub. Dubay polisinin dayanacağında Aston Martin One-77, Lamborghini Aventador, Audi R8, Ferrari FF kimi avtomobillər var.
Mercedes Benz Brabus Rocket CLS, Almanya
Qiyməti: 472 min funt
Almanya öz polislərini yerli avtomobillərlə təmin edir. Onlardan biri Brabus Rocketd avtomobilidir. 2006-cı ildə Brabus nəinki ən sürətli polis avtomobili, həmdə dünyanın ən sürətli minik avtomobili seçilib. 29,5 saniyə ərzində saatda 300 kms qədər sürət yığa bilir.
Caparo T1, İngiltərə
Qiyməti: 235 min funt
İngilis polisinin xidmətində britaniya istehsalçısı olan Caparo Vehicle Technologies tərəfində istehsal olunan iki oturacaqlı avtomobili var. Onun maksimal sürəti saatda 322 kilometrdir. O, 5 saniyə ərzində 160 km-ə kimi sürət yığa bilir. Lakin bu avtomobil yalnız düz yollar üçün nəzərdə tutulub.
Porsche Panamera, Avstraliya
Qiymət: 160 min funt
Hüquq mühafizə orqanlarının əməkdaşları bu avtomobili yalnız nümayiş və bayram şənliklərində istifadə edirlər. Bu avtomobilin analoqu Qatarda da var. Hətta bu avtomobillər Qatarda Avstraliyadan bir neçə il əvvəl polislərin əmrinə verilib. Yeri gəlmişkən Porsche Panamera sürəti 318 kms.
Spyker C8, Niderland
Qiymət: 140 min funt
Niderland da öz istehsalatına üstünlük verir. Spyker C8 avtomobili sürəti 300 kms, 4.5 saniyə isə 100 kms qədər sürət yığa bilir. Avtomobil xüsusi günlər üçün nəzərdə tutulub.
Nissan GT-R, ABŞ
Qiymət: 94 min funt
“Forsaj” filmində çəkilən avtomobil amerika polisinin xidmətindədir. Bu avtomobil polisin gizli əməliyyatları üçün nəzərdə tutulub. Cinayətkarın bu avtomobildən çərin ki canı qurtarar. Çünki cəmi 2 saniyədə avtomobil 100 kms sürət yığa bilir.
Chevrolet Corvette, Almanya
Qimət: 45 min funt
Keçən il alman polisləri yeni Chevrolet Corvette avtombilləri ilə təmin edildi. 4 saniyə ərzində avtomobil 100s kimi sürət yığa bilir. Maksimal sürət isə 290 kms. Bu polis avtomobilləri sirf rəsmi nümayışlır üçün nəzərdə tutulub.
Lotus Evora S, İngiltərə
Qiymət: 37 min funt
Britan avtomobil istehsalçısı Lotus bir neçə il əvvəl ingiltərə polislərinə yeni Lotus Evora S hədiyyə etdi. Avtomobilin sürəti 280kms, 5 saniyədə isə 100kms qədər sürət yığa bilir. Bu avtomobildən Milanın və Romanın ictimai xidmətində də var. Yeri gəlmişkən italyanlar avtomobili soyuducu ilə təchiz edərək ondan orqan transplantasiyasında və qanköçürmədə istifadə edirlər.
Dodge Charger Charger Pursuit, ABŞ
Qiymət: 35 min funt
Amerika polisləri çoxdan öz istehsalları olan Dodge Charger avtomobilindən istifadə edirlər. Keçən ildən başlayaraq onlar xüsusi təchiz olunmuş Pursuit avtomobillərinə əyləşdilər. Təkcə Koliforniya yay ərzində 600 belə avtomobil sifariş edib. Dodge Charger Charger Pursuit avtomobili 6 saniyə az bir vaxtda 100 kms qədər sürət yığa bilir.