DYP “Abad məhəllə” layihəsində belə iştirak edir - VİDEO

Yasamal rayon İcra Hakimmiyyəti və Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin birgə keçirdiyi “Abad məhəllə” layihəsi davam etdirilir.
Avtosfer.az xəbər verir ki, layihə əsasında artıq 6 məhəllə abadlaşdırılıb. Belə ki, yollara piyada keçidləri, sürət hədinin aşağı salınması üçün xüsusi maneələr tərtib edilib. Üstəlik həyət daxilində 100-ə yaxın avtomobil üçün parklanma yerlər ayrılıb və uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün oyun qurğuları, söhbətgahlar, idman alətləri və bir çox avadanlıqlar sakinlərin istifadəsinə verilib.
Aparılan tədbirlər zamanı Bakı şəhər DYP-nin baş inspektoru Araz Əsgərli və Yasamal rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları uşaqlara yol hərəkət qaydaları haqqında məlumatlar verib, onlarla marifləndirici təlimlər keçiriblər.
Yasamal rayon İcra Hakimiyyəti aparatının şöbə müdiri Xəqan Teymurov bildirib ki, “Abad məhəllə” layihəsi sakinlərin rahatlığı üçün nəzərdə tutulub. "IDEA" İctimai Birliyi tərəfindən təşkil olunmuş layihə olduğunu vurğulayan şöbə müdiri belə tədbirlərin davam etdiriləcəyini qeyd edib.
Nurlan Sakitoğlu
Vilayət Eyvazov sıra baxışı keçirdi: 129 nəfər növbəti mərhələyə buraxıldı - FOTO - VİDEO
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?










