DYP avtomobilini yararsız hala salan şəxs barədə AÇIQLAMA

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYPİ) İctimai Əlaqələr Bölməsinin rəisi polis polkovniki Vaqif Əsədov idarəyə məxsus BMW markalı avtomobilin Nərimanov rayonu ərazisində çəkiclə əzilməsi hadisəsinə münasibət bildirib. V.Əsədov “Report”a açıqlamasında deyib ki, həmin şəxs bəzi saytların yazdığı kimi hansısa avtomobilin sürücüsü yox, ərazidən keçən piyada - Şahin Bəylərov adlı şəxs olub: “Nərimanov rayonu ərazisində xidmət apararkən yol hərəkəti qaydasını kobud pozmuş sürücü saxlanılıb. Onun sənədlərinin yoxlanılması və sənədləşdirilməsi zamanı həmin ərazidən keçən bir piyada qəflətən 99 YP 423 dövlət nömrə nişanlı polis avtomobilinin qabaq kapot hissəsinə, “i-potrol” sisteminə, işıq faralarına ard-arda zərbələr endirərək, qaçmağa çalışıb. Həmin piyada - 1974-cü il təvəllüdlü Şahin Bəylərov polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda həmin şəxs Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsində dindirilir, araşdırma aparılır. Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı avtomobilə çox ciddi ziyan dəyib”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












