Xəstəliyi olanlar bu havada yola çıxmamalıdır - Yol polisi XƏDƏRDARLIQ ETDİ - VİDEO

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səhhətində problemlər olan sürücüləri isti havalarda avtomobil idarə etməkdən çəkinməyə çağırır.
Yay fəslinin insan orqanizminə təsiri ilə bağlı mütəxəssis rəylərinə diqqət yetirdikdə görürük ki, mövsüm üçün xarakterik olan uzunmüddətli isti hava şəraiti insanların əmək fəaliyyətinə, əhval-ruhiyyəsinə birbaşa təsir edir. Belə hallar xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda özünü daha aydın göstərir ki, bu da onların ümumi həyat tərzinə təsirsiz ötüşmür.
Lakin təəssüf ki, bəzi hallarda səhhətində ciddi problemlər olduğunu bildiyi halda isti hava şəraitini, qət edəcəyi məsafəni, kondisioner sisteminin olub-olmamasını nəzərə almadan sükan arxasına əyləşən sürücülərə rast gəlinir ki, bu da sonda onların, eləcə də digər hərəkət iştirakçılarının həyat və sağlamlığının itirilməsi ilə nəticələnən hadisələrə gətirib çıxarır, ailə faciələrinə yol açır.
Dərman preparatları qəbul etdiklərini əsas gətirərək özlərinə bəraət qazandırmağa çalışan sürücülər isə unudurlar ki, həmin preparatların tərkibində yuxu və ya halsızlıq yaradan maddələr mövcuddur ki, bu amilin özü də avtomobil idarə etməkdən çəkinmək üçün tutarlı səbəbdir.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi səhhətində ciddi problemlər olan sürücülərə müraciət edərək onlardan səhlənkarlıq nəticəsində yaşanmış acı təcrübələrdən, belə halların doğurduğu bədbəxt hadisələrdən düzgün nəticə çıxarmağı, özlərinin və digər yol hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağı xahiş edir.
Yol polisi piyadalara qarşı hərəkətə keçdi - Həftə sonu 3 piyada öldü - VİDEO
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət etdi
Yol polisi uşaqların suallarını cavablandırdı; qəzalara qarşı mübarizədən danışıldı - FOTO
Yol polisindən İLK - Avtobus sürücülərinə elə görüntülər göstərildi ki... - VİDEO
Sürücülər arasında ən çox rast gəlinən 5 təhlükəli vərdiş - DYP AÇIQLADI
Daxili Qoşunların yaranmasının 34-cü ildönümünü ilə bağlı tədbir keçirildi - FOTO - VİDEO
Yol polisinin işi asanlaşır - Dayanma-durmaya görə cərimə qaydası dəyişir
Daxili Qoşunlar – 34 il dövlətə sədaqət, xalqa xidmət - VİDEO
Piyadaları maşın vurdu - Yol polisi "London" taksisi ilə xəstəxanaya çatdırdı - VİDEO
Qanuna DƏYİŞİKLİK: Cərimə meydançasına ödənilən məbləğ hansı hallarda geri qaytarılacaq?
DYP qeyri-iş günləri ilə bağlı sürücülərə müraciət etdi










