DYP: "Cəriməni ödəməyən piyadalar məhkəməyə verilib"

Bu günədək təyin edilmiş cəriməni ödəməyən piyadalar məhkəmə qarşısında cavab verməli olacaqlar. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. "Bir çox piyada təyin olunmuş cərimə məbləğini ödəməyib. Buna görə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edilib. Qəbul edilmiş qərar nəticəsində həmin cərimələr ödəniləcək. Heç kim düşünməsin ki, cərimələri ödəməməklə məsuliyyətdən yayınacaq. Kimliyindən asılı olmayaraq, hər kəs cəriməsini ödəməlidir", - deyə V.Əsədov qeyd edib.
Piyadaların hüquq və vəzifələrinin "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsi ilə tənzimləndiyini xatırladan V. Əsədov bildirib ki, bu maddənin tələbləri pozulduqda piyadalar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurlar: "Eyni zamanda şəhər daxilində tikilmiş yeraltı, yerüstü piyada keçidlər, piyada xətləri yol polisi əməkdaşları tərəfindən nəzarətə götürülüb, yaxın məsafələrdə xidmət aparılır. Yol hərəkət qaydalarını pozan piyadalar aşkar edilərək, məsuliyyətə cəlb olunurlar".
Şöbə rəisinin sözlərinə görə, 2016-cı ildə təhlükəsizliyin təmin edilməsi, xüsusilə piyadaların avtomobillərlə vurulması faktlarının qarşısının alınması üçün tədbirlər keçirilib və 130 mindən artıq piyada saxlanılaraq məsuliyyətə cəlb olunub.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












