DYP-dən 9 nəfərin öldüyü qəzalarla bağlı - Açıqlama

Dünən və bu gün səhər Salyan və Biləsuvar rayonlarında baş vermiş dəhşətli qəzalar nəticəsində 9 nəfər dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Avtosfer.az-a qəzalarla bağlı açıqlama verib. O, bildirib ki, qəzalardan biri Ələt-Astara yolunun istifadəyə verilməmiş hissəsində baş verib. “Həmin yol istifadəyə verilməyib. Orada nə yol nişanları, nə xidmət, nə də digər təhlükəsizlik qaydaları ilə bağlı tədbirlər var. Həmin yola ümumiyyətlə, giriş qadağandır. Lakin sürücülər ayrı-ayrı yerlərdən bir cığır açaraq həmin yerə daxil olurlar. Nəticədə də bu cür qəzalar baş verir. Sürücülər bilməlidirlər ki, bu yol istifadəyə verilməyibsə, orada təmir-tikinti işləri gedirsə ora girmək olmaz. Lakin hansı yolla olur olsun həmin istiqamətə çıxmaq cəhdləri və “daha rahat” getmək istəyi soda belə acı nəticələnə bilir. ”
K.Əliyev bu gün səhər Biləsuvar rayonu ərazisində 5 nəfərin ölümü ilə nəticələnmiş qəza ilə bağlı da açıqlama verib. Bildirib ki, “Kamaz” markalı avtomobilin arxasında gedən 99 GR 813 dövlət nömrə nişanlı “Mercedes C-klass” markalı avtomobil, 90 VJ 446 dövlət nömrə nişanlı “Mercedes E-klass” markalı avtomobili keçməyə cəhd edib. Lakin qarşı tərəfdən digər yük maşının gəldiyini görüb sağ zolağa çıxmaq istəyib. Bu zaman digər “Mercedes E-klass” ona yol verməyib. Nəticədə digər avtomobil onu arxadan vuraraq istiqamətini dəyişməyə və qarşıdan gələn yük maşını ilə toqquşmağa məcbur edib.”
K.Əliyev bildirib ki, sürücülərin bir-birinə yol verməməsi, yaxud mənasız prinsipiallıq aparması nəticəsində 5 nəfər dünyasını dəyişib. “Sürücülər bir-birin şərait yaratmalıdır. Bəzən görürsən ki, bir sürücü onu ötdüyünə görə digərini “cəzalandırmaq” istəyir. Bu isə ağır nəticələr verir. Çalışmaq lazımdır ki, belə hallarda, yəni, kimsə ötmə əməliyyatı edirsə ona maneə olmayasan. Sürücülərdən xahişimiz budur ki, diqqətli olsunlar ki, acı nəticələrlə üzləşməsinlər.”
Orxan
DYP və AYNA-dan velosiped və skuter istifadəçilərinə çağırış - VİDEO
Suraxanıda yol polisi məktəblərin ətrafında təhlükəsizliyi gücləndirib - VİDEO
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ










