DYP-dən açıqlama: Avtobus sürücülərinin törətdiyi qəzaların sayı artıb

DİN Baş Dövlət Yol Polisi (DYP) İdarəsi respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib. Avtosfer.az-ın məlumatına görə, müraciətdə bildirilib ki, yol-nəqliyyat hadisələrinin təhlili və aparılan müşahidələrə əsasən, son vaxtlar avtobus və mikroavtobus sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması və onların nəticəsində törədilən qəzaların sayında artım var: “Aparılmış müşahidələr deməyə əsas verir ki, belə qayda pozuntularına daha çox yol verənlər məhz Bakı-Sumqayıt marşrutu üzrə sərnişin daşımalarını həyata keçirən sürücülərdir”.
Qeyd olunan marşrutlarda hərəkət edən sərnişinlərin təhlükəsizliyinin təmin olunması və bu sahəhədə nəzarətin güzləndirilməsi məqsədilə Baş DYP İdarəsi əlaqədar qurumlarla birgə reydlər keçirəcək. Tədbir zamanı Bakıda, Sumqayıtda, eləcə də marşrut boyu təşkil edilmiş xüsusi postlarda avtobus və mikroavtobusların texniki vəziyyətinə ciddi nəzarət olunacaq, əsasən konstruksiyasında nəzərdə tutulduğundan artıq sayda oturacaqlarla təchiz edilmiş, tormoz və sükan idarə sistemi nasaz olan, nəqliyyat vasitəsinin şinlərinin protektorlarının naxışları eyni ox üzrə müxtəlif olan və qalınlıqları tələb edilən normalara (ən azı 2 mm) cavab verməyən, habelə avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi beş ildən az olan sürücülər nəqliyyat vasitələrinin idarə olunmasından kənarlaşdırılacaqlar. Mətbuat nümayəndələrinin iştirakı ilə keçiriləcək reydlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti əməkdaşlarının da iştirakı nəzərdə tutulub ki, onlar qanunsuz sərnişin daşıma fəaliyyəti göstərən sürücülərin məsuliyyətə cəlb olunması istiqamətində müvafiq tədbirlər görəcəklər.
Bununla əlaqədar Baş DYP İdarəsi qeyd olunan marşrut üzrə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən xahiş edir ki, fəaliyyətlərini Nazirlər Kabinetinin təsdiq etdiyi “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”na uyğun şəkildə təşkil etməklə sərnişinlərin, eləcə də digər hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin olunması, habelə sərnişinlərin yollarda əziyyət çəkməmələri məqsədilə onların başlanğıc və son məntəqə kimi yalnız avtovağzallarda (avtostansiyalarda) müəyyən edilmiş duracaqlarda minb-düşmələrini və sadalanan texniki tələblərə ciddi riayət olunmasını təmin etsinlər.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













